İŞİD lideri öldürülüb

23.09.2015 03:33     Dünyadan reaksiya     1542

ABŞ təyyarələrinin zərbələri nəticəsində İŞİD terror qruplaşmasının yüksək rütbəli üzvü məhv edilib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun nümayəndəsi bildirib.   

Pentaqonun məlumatına əsasən, öldürülən Əbu Bəkr əl Türkməni  terrorçuların “inzibati əmiri” sayılır. O, bundan əvvəl “Əl Qaidə” terror təşkilatının İraqdakı fəaliyyətində fəal rol oynayıb.

Məlumata görə, hava zərbəsi Təl-Əfər şəhəri yaxınlığında endirilib.

Qeyd edək ki, Pentaqon bundan əvvəl avqustda İŞİD liderinin müavini Fadhil Əhməd əl Xəyali, mayda isə neft və qazın qaçaqmalçılığına cavabdeh olan Əbu Sayyaf  öldürülüb   

 

Şərhlər

Çox oxunanlar