NATO-dan Ukraynaya dəstək

23.09.2015 04:17     Dünyadan reaksiya     1444

Lakin NATO ölkəni silahla təchiz etməyəcəyini deyib.

NATO başçısı Ukraynaya Rusiya tərəfdarı separatçılardan müdafiə olunmaq üçün kömək etməyə söz verib. 

Reaksiya.az-ın məlumatına görə, lakin müdafiə məqsədilə silah yardımı gözləyən Kiyevdə bəziləri bunu narazılıqla qarşılayıb. Qərb silah yardımının üsyançılarla kövrək atəşkəsə təhlükə yarada biləcəyindən ehtiyat edir.

NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Milli Təhlükəsizlik Şurasına ölkənin ABŞ-ın başçılığı ilə hərbi alyansdan yaxın tərəfdaşı olmadığını deyib və silahlı qüvvələrin müasirləşdirilməsinə dair müqaviləni imzalayıb. Ukrayna prezidenti Pyotr Poroşenko və təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdən öncə danışan Stoltenberq "Reuters" xəbər agentliyinə NATO-nun ölkəni silahla təchiz etməyəcəyini deyib. 

Şərhlər

Çox oxunanlar