Martda ölkədən qaçmış prezident geri qayıdıb
23.09.2015 04:56 Dünyadan reaksiya 1610
Yəmən prezidenti Əbd Rabbo əl-Mənsur Hadi cari ilin mart ayında Səudiyyə Ərəbistanına qaçdıqdan sonra geri qayıdıb.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın BBC Teleradio Şirkətinə istinadən "İnterfax" məlumat yayıb.
O, Ədənə Səudiyyənin hərbi təyyarəsi vasitəsi ilə gəlib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələri koalisiyası martın 26-dan başlayaraq Yəməndə üsyançı husilərə qarşı hərbi əməliyyatlar aparırlar. Əməliyyatlar başlayan vaxtdan Yəməndə 4 min 900 nəfər həlak olub.
Şərhlər