Çin lideri ilk dəfə ABŞ-a getdi

23.09.2015 10:00     Dünyadan reaksiya     1941

Çin dövlət başçısı Şi Cinping bir həftə davam edəcək ABŞ səfərinə başlayıb.

Reaksiya.az xəbər verir ki, Şinin ABŞ səfəri 2013-cü ildə vəzifəyə gəldiyi tarixdən bu yana Çin Prezidenti kimi ABŞ-a ilk rəsmi səfəri hesab edilir.

Прямая ссылка на встроенное изображение

ABŞ səfərinə mühüm texnologiya şirkətlərinə ev sahibliyi edən Sietl şəhərindən başlayan Çin lideri Şi Cinpingin sonra Prezident Barak Obama tərəfindən Ağ Evdə qonaq qəbul ediləcək. Onun Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində iştirak etməsi də gözlənilir.

 ABŞ səfərinin ilk dayanacağı olan Sietlə gələn Çin lideri burada qalacağı üç gün ərzində texnologiya nəhəngləri ilə görüşəcək. Burada 650 iş adamına müraciət edən Şi ABŞ və Çin münasibətlərinda mövcud olan gərginliyin aradan qaldırılmasının yollarına toxunub. Şi xarici sahibkarlara qarşı ayrı-seçkilik etməyəcəyini və sürətlə yeni bazarlar açacağını vurğulayıb.

Çin və ABŞ-ın əməkdaşlıq etdikləri təqdirdə qlobal sabitliyə töhfə verəcəklərini deyən Şi iki ölkə arasındakı ehtimal bir qarşıdurmanın bütün dünyanı fəlakətə sürüyəcəyini bildirib.

Şinin Çinə 155 təyyarə verən “Boeing” şirkətinə də baş çəkəcəyi deyilir. 

Şərhlər

Çox oxunanlar