İsrail əsgərləri fələstinli qızı öldürdü

23.09.2015 10:24     Dünyadan reaksiya     1929

İsrail əsgərlərinin açdığı atəş nəticəsində ağır yaralanan fələstinli gənc qız xəstəxana həyatını itirib.

Reaksiya.az xəbər verir ki, Fələstin polisi ölən qızın 18 yaşlı Hedil el-Heşlemun olduğunu açıqlayıb.

Gənc qızın atası Salah qızının amansızcasına öldürüldüyünü qeyd edib: “İsrail əsgərləri qızımı soyuqqanlılıqla öldürdü. Vəhşicəsinə və qəsdən öldürdülər”.

İsrail ordusu verdiyi yazılı açıqlamada isə bildirib ki, Qərbi İordan çayının sahilindəki Əl Xəlil şəhərində gənc qız əsgərə bıçaqlı hücum cəhdi etdiyinə görə əsgərlər tərəfindən vurulub.

Şərhlər