Fələstin bayrağı BMT-də dalğalanacaq
23.09.2015 11:02 Dünyadan reaksiya 2043
BMT Baş Məclisində sentyabrın 10-da qəbul edilmiş müşahidəçi dövlətlərin bayraqlarının BMT qarşısında asılması layihəsi həyata keçirilir.
Reaksiya.az xəbər verir ki, sentyabrın 25-də BMT-də müşahidəçi dövlət statusunda yer alan Fələstin və Vatikanın bayraqları digər bayraqların yanında dalğalanacaq.
Sentyabrın 30-də BMT Baş Assambleyasındakı Fələstin prezidenti Mahmud Abbasın çıxışının ardından keçiriləcək mərasimə isə Türkiyənin baş naziri Əhməd Davudoğlu və digər ölkələrin rəsmilərinin də qatılacağı gözlənilir.
Vatikan rəsmiləri isə təntənəli mərasim istəmədiklərini bildirib.
BMT Baş Katibliyi bu məsələ ilə bağlı açıqlama verib: “Papanın səfəri zamanı Vatikan bayrağı BMT qarşısında dalğalanacaq”.
Qeyd edək ki, Fələstin 2012-ci ilin noyabr ayında BMT Baş Assambleyasının qərarı ilə müşahidəçi təşkilat statusundan üzv olan dövlət statusuna keçib.
Şərhlər