Suriyalı müxaliflər ABŞ-a xəyanət etdi - Silah qalmaqalı

23.09.2015 12:50     Dünyadan reaksiya     1828

ABŞ-ın Türkiyə və İordaniya ilə birgə apardığı “eğit-təchiz” proqramından məzun olan 75 mötədil müxalifət üzvünün bazar günü Hələbdən Suriyaya daxil olduqları açıqlanıb.

Reaksiya.az xəbər verir ki, onların ölkəyə daxil olduqdan sonra ABŞ-a xəyanət edərək bütün silahları "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəli Nusra Cəbhəsinə verdikləri iddia edilib.

Bu barədə məlumatı Nusra xadimlərindən Əbu Fehd əl Tunisi özünün twitter hesabında yazıb.

İngiltərənin “The Times” qəzeti də həmin müxaliflərin Şam Cəbhəsi tərəfindən nəzarətə alındığını yazıb.

Dəməşq Cəbhəsi isə qrupun müvəqqəti olaraq saxlandığını iddia edib.

Şərhlər

Çox oxunanlar