ABŞ-da yenə polis zorakılığı - YENƏ QARADƏRİLİ

13.06.2015 13:56     Dünyadan reaksiya     1763

ABŞ-da ən son polis zorakılığının qurbanı, uşaqların gözü qarşısında öldürülən evsiz bir qaradərili olub. Polis, əlində dəmir dəyənək olan qaradərilini 5 dəfə atəş açaraq öldürüb.

Floridanın Miami şəhərindəki Overtown bölgəsində olan Gibson Parkın yaxınlığında vəzifələrini yerinə yetirən 20 illik polis məmuru Antonio Torres, evsiz qaradərili 46 yaşındakı Fritz Severenin əlindəki dəyənəyi silah hesab edib. Polis məmuru Torres qaradərilidən silahı yerə qoymağını istəyib və müsbət cavab tapa bilmədiyi Severeyə atəş açıb.

Yay düşərgəsindəki 50 uşağın gözü qarşısında baş verən hadisə, Severenin əlindəki borunu polisə doğru qaldırmasından sonra polislərin 5 dəfə atəş etməsi nəticəsində meydana gəlib. Severe dünyasını dəyişib.

Polis rəisi Rodolfo Llanes, mətbuata verdiyi açıqlamada həqiqətin gec ya da tez ortaya çıxacağını bildirərək, hadisənin şahidlərinin dindirilməsindən sonra hadisənin səbəbinin bilinəcəyini qeyud edib.

Şərhlər

Çox oxunanlar