PKK-lı terrorçuların simsiz danışıqları ələ keçdi
23.09.2015 14:24 Dünyadan reaksiya 1874
PKK-nın əməliyyatda öldürülən Tunceli rayonu üzrə rəsmisi İsmayıl Aydemirin Qara Dəniz Açılım Qrupunda yer alan terrorçulara verdiyi təlimat ortaya çıxıb.
Reaksiya.az xəbər verir ki, bu haqda açıqlama kəşfiyyat mənbələri tərəfindən verilib.
Məlumata görə, PKK-nın Türkiyə üzrə rəsmisi Fethi Şarlatanla İsmayıl Aydemir arasında simsiz telefon danışı olub.
Zinar və Mavzer adlı iki qrup arasında baş tutan danışıqlarda deyilir ki, PKK döyüşlərə davam etməlidir, əks təqdirdə bölgədə qalmaq mümükün olmayacaq.
Zinar adlı qrupun liderinin "Doğan" kod adlı Cəlal K, Mavzer adlı qrupun liderinin isə "Çektar" kod adlı Ali Firat Y. olduğu müəyyən edilib.
Danışıqlarda "Roni” kod adlı bir suriyalının da olduğu dəqiqləşdirilib.
Şərhlər