Ərdoğanın bayram mesajı - Küçələrdə qurban deyil, müsəlman qanı axır

23.09.2015 14:50     Dünyadan reaksiya     2222

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə müsahibə verib.

Reaksiya.az xəbər verir ki, Ərdoğan təbrikinə belə başlayıb:

"Mübarək Qurban Bayramınızı, ən qəlbi duyğularımla təbrik edir, Bayramın ölkəmizlə birlikdə bütün İslam aləmi və insanlıq üçün xeyirlərə vəsilə olmasını Rəbbimdən niyaz edirəm. Bayramlarımız, qardaşlıq şüurumuzu yeniləmə, aramızda məhəbbət və həmrəyliyə möhkəmləndirmək vasitəsidir. Bayramlar eyni zamanda bir könül qazanma səfərbərliyidir. Əbədi qardaşlığımızın yenidən bərpa etdiyimiz bayram günlərində 78 milyon olaraq daha bir məhəbbətlə qucaqlaşırıq. Sevginin, vəfanın, sədaqətin, fədakarlığın simvolu olan qurbanın və Qurban Bayramının mənasını çox yaxşı dərk etmək məcburiyyətindəyik. Bu bayramda, ehtiyacların xanəndələrinə, məhəbbət və sevinc gətirməliyik. Qurban ibadəti bizdən istənən, əlimizlə birlikdə könlümüzü də bir-birimizə açmaq, könüldən verməkdir. Bu günlər, eyni zamanda Həcc ibadətinin ifa edildiyi, dilləri, irqləri, bədənləri, rəngləri, mədəniyyətləri və məkanları fərqli milyonlarla müsəlmanın Ərəfat meydanında, dualar altında, müstəsna bir qardaşlıq mənzərəsi nümayiş etdirdiyi günlərdir. Həcc ibadəti üçün müqəddəs torpaqlarda olan qardaşlarımızı təbrik edir, zəvvarlarının və qurbanlarının qəbul olmasını diləyirəm. Təəssüf ki, bu gün sülh və əmin-amanlığa həsrət qalan İslam coğrafiyasının küçələrində qurban deyil, müsəlman qanı axır. Evində və yatağında ziyarətçi gözləyən insanlarımızı xatırlamalıyıq. Ehtiyac sahiblərinin qapılarını döyməliyik, üzlərinin gülməsinə və ümidlərinin bitməsinə münasibət bildirməliyik. Millət olaraq, son 4 ildir ki, ölkəmizə sığınan iki milyonluq suriyalı və iraqlıya sahib çıxdıq, süfrəmizi onlarla paylaşaraq bütün dünyaya insanlıq dərsi verdik. Bu bayramda da, evlərini, yurdlarını, torpaqlarını tərk etmək məcburiyyətində qalan, vətən həsrəti çəkən mühacir qardaşlarımıza etinasız olmayaq".

Baş nazir Əhməd Davudoğlu isə bayramı Instagram hesabından bir fotoşəkil bölüşərək təbrik edib.

Davudoğlu "Bayram mesajı çəkilişindən. Bütün vətəndaşlarımın mübarək Qurban Bayramını təbrik edirəm" ifadəsini yazıb.

Şərhlər