PKK çökür - Murat Karayılanın yaxın adamı təslim oldu
23.09.2015 16:10 Dünyadan reaksiya 1945
Xəbər verildiyi kimi, PKK-nin əsas liderlərindən olan Murat Karayılanın uzun illər yaxın adamlarından biri sonu olmayan bu müharibədən vaz keçərək dövlət qurumlarına təslim olub.
Bölücü təşkilat haqqında kritik açıqlamalar verən şəxs Murat Karayılanın dediyi sözləri və PKK-nın son durumunu açıqlayıb: “Türkiyə ordusunun hava zərbələri ilə bizə effektli zərbələr endirib. Bunu heç kəs utandığından söyləmir. Belə davam etsə, yox olacağıq. Karayılan son günlər keçirdiyi toplantıda açıqlayıb ki, “PKK həddidən çox silah işlədir, çətin zamanda mərmiləri ləbləbi kimi səpələyirsiz. Silah-sursat anbarımız yozdur, silah istehsal etmirik. Bu gedişlə içəridəkilər də (Türkiyədəkilər nəzərdə tutulur-red) tükənəcək”. Türkiyə ilə son müharibənin gedişində təşkilata qatılan üzvlərdən çoxusu ya ölüb, ya da qaçıb”.
Lider itkilərə görə sonuncu xəbərdarlıq edib: “Qışda hər kəs özünü müdafiə edəcək. Heç kimin ağlamasına baxmayacağam, son iki ayda verdiyimiz itkilərə görə ölənlərin ailələri də bizə qarşı çıxır. Çoxusu övladını dağda zənn edir, amma ki, torpaq altındadırlar. Harada basdırdığımızı belə unutmuşuq. Artıq vəziyyəti dəyişməliyik, bölgədə 6-7 nəfərdən ibarət qrup yaradılmalıdır. Hər kəs öz səhvinə görə təşkilatı günahlandırır. Bu gedişlə Türkiyə bizi məhv edəcək”.
Tutulan şəxs PKK-nın bundan sonra üsul dəyişdirəcəyini də bildirib: “Sivil müqavimət ünsürləri yaradacağıq. Tükiyədə heç bir təşkilat olmayacaq. Hər kəs sivil müqavimətçidir. Hələlik buna mülki müqavimət deyək. Amma bunun harası sivildir, deyə bilmərəm, zatən çox insan itirdik”.
Karayılan iclasda PKK-nın xalqla ayrı düşdüyünü də xüsusilə vurğulayıb: “Biz, əzin dedik, qorxudun, dedik. Bunlar xalqa raket atdılar, təcili tibbi yardım maşınlarını yandırıb, körpəni soyuducuda öldürdülər. 20 il əvvəlki zaman deyil, “Türkiyə elədi” deməyinizə kim inanacaq?”.
YDG-H-nin Türkiyə ilə müharibədə məğlub olmasını PKK-nın adına çıxılmasından narahat olan terrorçu “PKK adını istifadə etməyə qoymaram”- deyə bildirib.
Terrorçu son olaraq “Dərsim bölgəsinə yerləşdik, türk ordusu qəzəbləndi. Ordu, polis, jandarm hamısı dəstə-dəstə üstümüzə gəlir, bağışlamırlar, vururlar”- deyib.
Qeyd edək ki, Türkiyə son antiterror əməliyyatlarında PKK və onun törəmə təşkilatlarına ağır zərbələr vurub.
Şərhlər