Şimali İraqda PKK-nın mövqeləri məhv edildi - VİDEO

23.09.2015 16:00     Dünyadan reaksiya     2038

İraqın şimalında Hakurk bölgəsində separatçı terror təşkilatı  PKK-nın istifadə etdiyi silahlı mövqeləri və sığınacaqları Türk qırıcıları tərəfindən bombardman edilib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı yayıb.

Məlumata görə, Şırnakın Uludərə bölgəsində aparılan axtarış  zamanı torpaq altında gizlədilmiş əl qumbarasının istehsalında istifadə edilən maddələr (bir ədəd 12 kq-lıq borucuq, gübrə, kabel, batareya) və müxtəlif materiallar  tapılaraq məhv edilib.

Van rayonunun Başkale bölgəsində isə terrorçular tərəfindən gizlədilmiş bir ədəd əl istehsalı olan partlayıcı tapılaraq zərərsizləşdirilib.

Şərhlər