Dünyaya ən böyük təhlükə İŞİD deyil, ABŞ-dır - Oliver Stoun
23.09.2015 16:41 Dünyadan reaksiya 2015
ABŞ-ın məşhur rejissoru Oliver Stoun “ABŞ-ın anladılmayan tarixi” adlı yeni televiziya filminin prezentasiyası zamanı rəsmi Vaşinqtonun yürütdüyü xarici siyasəti sərt tənqid edib.
Reaksiya.az xəbər verir ki, yeni filmi haqda mətbuata açıqlama verən Stoun Yaxın Şərqdəki xaosu ABŞ-ın yaratdığını bildirərək "Dünya üçün ən böyük təhlükə İŞİD deyil, ABŞ-dır" deyib.
Professor Piter Kuznick ilə birlikdə qələmə aldığı “ABŞ-ın anladılmayan tarixi” adlı kitabını televiziya filminə çevirən rejissor Oliver Stoun yeni layihəsi haqqında “Middle East Eye” adlı xəbər saytına müsahibə verib.
Oskara 3 dəfə layiq görülən rejissor Stoun bildirib ki, onu ən çox təəccübləndirən məsələ ABŞ-ın Yaxın Şərqdəki müdaxiləçi siyasətidir:
"Bütün Yaxın Şərq regionunu qeyri-sabit hala gətirdik, xaos yaratdıq. Sonra da öz yaratğımız xaosdan İŞİD-i günahkar hesab etdik. Təhlükə altında olan biz (ABŞ) deyilik, Bizim özümüz bir təhlükəyik".
Kuznick də tənqidi fikirlərini belə çatdırıb: "Əvvəl problemləri yaradırıq, sonra da bu problemləri həll etmək üçün böyük hərbi planlar hazırlayırıq və o hərbi plan isə işə yaramır".
Şərhlər