Türkiyə Şırnaka qoşun yeritdi - VİDEO

23.09.2015 17:56     Dünyadan reaksiya     1996

Şırnakın Cizrə rayonuna gələn təxminən 200 maşınlıq  hərbi konvoy sıx təhlükəsizlik tədbirləri altında Şırnakın mərkəzinə və İdil rayonuna doğru hərəkət edib.

Reaksiya.az xəbər verir ki, Mardinin Nusaybın istiqamətindən gələrək Cizrəyə daxil olan təxminən 200 avtomobildən ibarət maşın konvoyu havadan vertolyotla, qurudan tezlik çaşdırıcı jammer və kobra tipli zirehli maşınlarla qorunub.

Kilometrlərlə uzanan konvoyun rayondan keçidi zamanı polis dəstələri də təhlükəsiz tədbirləri alıb.

Rayondan keçən hərbi maşın konvoyu Cizrəni  ikiyə bölüb. Bir hissəsi İdil rayonu istiqamətinə gedib, digərləri də Şırnakın mərkəzinə doğru irəliləyib.

Şərhlər