Misir prezidenti 100 məhbusu əfv edib

24.09.2015 02:02     Dünyadan reaksiya     1606

Misir prezidenti Əbdülfəttah əs-Sisinin fərmanı ilə 100 məhbus əfv edilib. Onların sırasında 16 qadın, “Əl-Cəzirə” telekanalının üç jurnalisti, məşhur şair Ömər Xazek, fəal hüquq müdafiəçisi Piter Cəlal da var.

Amnistiyaya düşənlərin əksəriyyəti nümayiş və icazəsiz mitinqlərdə iştirak etdiklərinə görə ittiham olunanlardır. Onların bir hissəsi səhhətinə görə və humanist səbəblərdən əfv edilib.

Şərhlər

Çox oxunanlar