Deputat qətlə yetirildi
24.09.2015 02:41 Dünyadan reaksiya 1593
Rusiya Dövlət Dumasının deputatı Nikolay Popov qətlə yetirilib.
"Report" xəbər verir ki, "Vahid Rusiya" partiyasından olan deputatın meyiti şəxsi avtomobilində aşkar edilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, qatil maşının arxa oturacağında olub.
İstintaq hazırda bir neçə fərziyyə irəli sürüb. Əsas versiya Popovun Dövlət Dumasının deputatı qismində peşəkar fəaliyyəti ilə bağlıdır.
Xatırladaq ki, bu, cari il ərzində Rusiyada ikinci deputat qətlidir. Fevralın 28-də müxalifət fraksiyasından olan Boris Nemtsov güllələnərək öldürülüb.
Şərhlər