240 qadın və uşaq əsrlikdən azad edildi

24.09.2015 03:36     Dünyadan reaksiya     1519

Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno əyalətində “Boko Haram” terror təşkilatının əsirliyindən 240 nəfəri azad edib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat nəticəsində radikal qruplaşmanın 40 üzvü saxlanılıb.

Məlumata əsasən, Nigeriya ordusu qruplaşmaya məxsus xeyli sayda silah-sursat müsadirə edib.  

Qeyd edək ki, sentyabrın 21-də Borno ştatının administrativ mərkəzi Mayduquri şəhərində baş verən partlayışlar zamanı 54 nəfər ölmüş, 90 nəfər yaralanmışdı.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

Şərhlər

Çox oxunanlar