İŞİD kürd jurnalisti azad edib
24.09.2015 04:39 Dünyadan reaksiya 1481
"İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının silahlıları Suriyada girov götürülən kürd jurnalisti azad ediblər.
Reaksiya.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"O, gecəni Əl-Yaarubiyə (Suriya-İraq sərhədi) nəzarət-buraxılış məntəqəsində kürd silahlılarının mühafizəsi altında keçirib və hazırda Qamışlı şəhərinə qayıdıb", - deyə məlumatda bildirilir.
Akil həmkarı Fərhad Hama ilə ötən il dekabrın ortalarında girov götürülüb. Onun həmkarının aqibəti barədə məlumat yoxdur.
Şərhlər