Prezident vəzifəsinə qaytarılıb
24.09.2015 05:51 Dünyadan reaksiya 1468
Sentyabrın 17-də vəzifəsindən kənarlaşdırılan Burkina-Fasonun prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafando vəzifəsinə qaytarılıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə M.Kafando özünün “Twitter” səhifəsində yazıb.
“Mən hərəkətlərimdə azadam və vəzifəmin icrasına davam etməyə qayıdıram”, M.Kafando qeyd edib.
Bundan əvvəl Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafando Fransa səfirliyində sığınacaq tapmışdı.
Xatırladaq ki, sentyabrın 17-də bir qrup hərbçi Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafandonun vəzifəsindən kənarlaşdırıldığını və müvəqqəti hökumətin buraxıldığını bəyan etmişdilər. Burkina-Fasonun keçid parlamentinin sədri Şərif Say ölkədə dövlət çevrilişinin baş verdiyini və xalqı qiyamçılara qarşı çıxış etməyə çağırmışdı. Son günlər ölkədə baş verən iğtişaşlarda azı 10 nəfər ölmüş, 100-dən çoxu yaralanmışdı. Ötən ilin noyabrında Burkina-Fasoda siyasi partiya və vətəndaş birliklərinin liderləri ölkədə prezident və parlament seçkilərinin 2015-ci ilin noyabrında keçirilməsinə dair razılığa gəlmişdilər.
Şərhlər