“Whatsapp"dan tənqid etdi, öldürüldü
24.09.2015 09:38 Dünyadan reaksiya 1876
İŞİD terror təşkilatı Suriyanın Deyr əz Zor şəhərində 22 yaşlı bir qadını öldürüb.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Suriya İnsan Haqları Müşahidə Təşkilatı yayıb.
Qadının öldürülməsinə səbəb olaraq “Whatsapp” üzərindən İŞİD haqqında tənqid mesajları yazması göstərilib.
Qeyd edək ki, Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatına görə, İŞİD son 14 ay ərzində 95 qadını öldürüb.
Şərhlər