Qərb brendləri Rusiyaya axın edirlər

24.09.2015 10:11     Dünyadan reaksiya     2132

İqtisadi böhrana görə məşhur brendlərin Rusiya bazarından çəkilməyə başladığı vaxtda Qərbin bəzi nəhəng markaları Rusiyadakı böhranı fürsətə çevirib.

Reaksiya.az xəbər verir ki, 14 pərakəndə satış şirkəti bu il ərzində Rusiyada ilk mağazalarını açmağı planlaşdırır.

Qeyd edək ki, il ərzində Rusiya bazarına ümumilikdə 32 pərakəndə şirkət daxil olub.

"Apple Shop", "Bimbus", "Circle of Gentlemen", "De Fonseca", "Domino Eight", "Fazer Baker's Market", "Lichi", "Malo", "Reisenthel", "Seiko", "Soocre", "Stella Sport", "Ulric De Varens" Rusiyada yeni açılan mağazalardandır.

Bu barədə məşhur marketinq şirkəti Knight Frank hesabat hazırlayıb.

Hesabata görə, şirkətlərin Rusiya bazarına daxil olmasının əsas səbəblərindən biri ticarət obyektlərinin kirayə haqqının təxminən 20-30 faiz aşağı düşməsidir.

Şərhlər