Obama müsəlmanları təbrik etdi

24.09.2015 11:36     Dünyadan reaksiya     1912

ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama müsəlmanları Qurban Bayramı münasibətilə təbrik edib.

Reaksiya.az xəbər verir ki, prezident bu barədə yazılı açıqlama verib.

O, yazılı açıqlamada Həcc ziyarətinin və bayramın fədakarlıq, sədəqə və bərabərliklə bağlı olduğunu qeyd edib: “Dünyadakı minlərlə müsəlman ağ örtüyə bürünərək çiyin-çiyinə Məkkəni ziyarət edir. Bu, kiminsə digərindən üstün olmadığı mənasına gəlir. Bizim ölkəmizdə də bu prinsip əsas götürülür”.

Obama, həmçinin hacıların və dünya miqyasında bütün dinlərin nümayəndələrinin sülh dualarının eşidilməsi və qəbul olmasını diləyib.

Şərhlər