Ərdoğan ABŞ-a cavab verdi

24.09.2015 13:05     Dünyadan reaksiya     2771

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan bayram namazının ardından jurnalistlərə açıqlama verib.

Reaksiya.az xəbər verir ki, Rusiya səfəri və Suriyadakı son vəziyyətlə bağlı bəyanatlar verib.

Cumhurbaşkanı Recep Tayyip Erdoğan - Bayram namazı

O, Türkiyənin hazırda kritik vəziyyətdə olduğunu bildirib: “1 noyabrda Türkiyəni ağır bir seçki prosesi gözləyir. Bu təkrar seçkidə millətimiz fərasətini ortaya qoyaraq inşallah çətinlikləri aşacaq”.

Ərdoğan Rusiyanın Dəməşq hökumətinə verdiyi dəstəyin gizli olmadığını qeyd edib: "Əsəd burada Suriya modeli qurmaq istəyir. Bu, Şamdan başlayıb Hama, Humus və Lazkiyəni əhatə edən və Suriyanın 15 faizini təşkil edən bir regiondur. Bu regionda Aralıq Dənizinə çıxışı olan arxasında müəyyən suveren güclərin dəstək verdiyi bir dövlət qurmaq istəyirlər".

Prezident Suriya terror təşkilatlarından təmizlənməsini arzu etdiyini bildirib: “Türkiyədə hazırda 2 milyona yaxın Suriyalı qaçqın var. Bu insanlar ölkələrinə qayıtmaq istəyir. Türkiyə sərhədindən keçdikdən sonra Suriyada onların təhlükəsizliyi təmin olunmalıdır. Bu haqda dost ölkələrlə də danışıqlar aparmışıq, onların qayıtması, bir yaşayış planı çərçivəsində yerləşdirilməsi bölgədə daha fərqli bir havanın yaranmasına da səbəb olacaq".

O, həmçinin qeyd edib ki, Suriyadakı keçid dövründə Bəşər Əsəd yer ala bilər, amma Suriyanın gələcəyində Əsədə yer yoxdur.

Ərdoğan ABŞ-ın “YPG-nı terror təşkilatı olaraq görmürük” açıqlamasına münasibət bildirib: "Bizə görə, PYD və YPG terror təşkilatıdır. ABŞ bununla bağlı heç bir əvəz ödəmir, əvəz ödəyən bizik. Hesab edirəm ki, ABŞ yenidən dəyərləndirmə aparacaq”.

Şərhlər

Çox oxunanlar