Həccdə faciə - azı 753 ölü, 900-ə yaxın yaralı - YENİLƏNİB - 3 - VİDEO
25.09.2015 10:00 Dünyadan reaksiya 2865
Məkkə yaxınlığındakı Mina dağında baş verən faciədə ölənlərin sayı 753-ə çatıb, yaralıların sayı isə 887-dir.
Reaksiya.az xəbər verir ki, faciə şeytanı daşlamağa gedən iki zəvvar qrupunun toqquşması nəticəsində baş verib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi lazımi tədbirləri görməməkdə günahlandırılır.
Nazirlik isə günahın faciədə ölənlərin özlərində olduğunu bildirib: “Təlimatlara riayət etsəydilər, bu faciə baş verməzdi”.
00:30
Məkkədə - Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı 717-ə çatıb.
Reaksiya.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, son məlumatlarda yaralananların sayının isə 805 olduğu bildirilir.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib ki, hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır. İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.
M.Payızov bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub. M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.
Həcc dövründə baş vermiş ən böyük insidentlər:
1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.
1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.
1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.
1998-ci il – izdihamda 118 zəvvar ölüb.
2001-ci il izdihamda 35 zəvvar ölüb.
2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.
2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.
Qeyd edək ki, bir müddət bundan əvvəl Məkkədə baş vermiş faciədə 107 zəvvar ölmüşdü, 238 zəvvar isə xəsarətlər almışdı.
13:38
Məkkə yaxınlığındakı Minada izdiham vaxtı azı 100 nəfər ölüb, 390 nəfər yaralanıb.
Bu barədə Səudiyyə Ərəbistanının Dövlət Televiziyası məlumat verib.
Şərhlər