Terrorçular bayramda da qan tökdü
24.09.2015 13:57 Dünyadan reaksiya 1876
Türkiyənin Tunceli bölgəsinin K-4 ərazisində PKK terrorçuları iri çaplı silahlarla xüsusi hərəkat polislərinə hücum ediblər.
Reaksiya.az xəbər verir ki, növbə dəyişikliyi üçün gedən xüsusi təyinatlı polislərə bir qrup PKK-lı terrorçular tərəfindən iri çaplı silahlardan atəş açılıb.
Polislərin zamanında qarşılıq verməsi nəticəsində qarşıdurmada ölən və yaralanan olmayıb.
Hücumundan sonra K-4 nöqtəsindən PKK-lıların qaça biləcəyi sahələr polislər tərəfindən atəşə tutulub, 2 Kobra tipli helikopter vasitəsilə havadan zərbələr endirilib.
Şərhlər