Vladimir Putin Nyu-Yorkda Barak Obama ilə görüşəcək

25.09.2015 01:25     Dünyadan reaksiya     1391

Rusiya prezidenti Vladimir Putin Nyu Yorkda BMT Baş Assambleyasında iştirakı çərçivəsində ABŞ prezidenti Barak Obama və Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqlar aparacaq.

Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.   

Peskovun sözlərinə görə, Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Barak Obama ilə aparılacaq danışıqların mövzusu  artıq razılaşdırılıb. Peskov hər iki görüşün bir gündə baş tutacağını bildirib.   

Ağ Ev, öz növbəsində, BMT Baş Assambleyasında Rusiya və ABŞ prezidentləri arasında görüşün baş tutacağını təsdiqləyib.  

Şərhlər