"ABŞ İŞİD-lə mübarizədə Rusiya ilə əməkdaşıq etməyə hazırdır"

25.09.2015 02:16     Dünyadan reaksiya     1585

ABŞ İŞİD-lə mübarizədə və Suriyada siyasi dəyişikliklərlə bağlı məsələlər üzrə Rusiya ilə əməkdaşıq etməyə hazırdır.

Reaksiya.az-ın verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Eşton Karter bildirib. Onun sözlərinə görə, ABŞ və Rusiyanın  Suriyaya dair maraqları üst-üstə düşə bilər.

“Çox güman ki, ABŞ və Rusiyanın qeyd olunmuş məsələlərlə bağlı mövqeyi üst-üstə düşür. ABŞ bu iki maraqlara paralel yanaşmağın vacib olduğunu hesab edir və biz Rusiya ilə bunun əsasında çalışmağa hazırıq”, deyə Karter Vaşinqtonda ukraynalı həmkarı Srepan Poltorak ilə görüşü zamanı qeyd edib.   

Şərhlər

Çox oxunanlar