Üç günlük matəm elan edildi

25.09.2015 04:19     Dünyadan reaksiya     1624

Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində 90-dan artıq iranlı zəvvarın həlak olması İranda üç günlük matəmə səbəb olub.

Hadisə zamanı ən azı 150 İran vətəndaşı xəsarət alıb.

Qeyd edək ki, faciə nəticəsində ümumilikdə 717 insan ölüb, yaralananların sayı isə 805-ə çatıb.

Xatırladaq ki, bu il Həcc ziyarətində 2 milyon zəvvar iştirak edir.

Şərhlər