Prezident 15 il sonra ilk dəfə Nyu-Yorka səfər etdi

25.09.2015 09:09     Dünyadan reaksiya     1803

Kuba rəhbəri Raul Kastro BMT Baş Assambleyasında iştirak etmək üçün ölkə rəhbəri qismində ilk dəfə Nyu Yorka səfər edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə  Marti Noticias məlumat yayıb.

Bundan əvvəl onun qardaşı Fidel Kastro 2000-ci ildə  BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər etmişdi.

Münasibətlərin gərginləşdiyi dövrdə ölkəni Assambleyada XİN rəhbəri təmsil edib. 

Qeyd edək ki, bu, Raul Kastronun ABŞ-a ikinci səfəridir. Bundan əvvəl Kastro qardaşları 1959-cu ildə Texas şəhərində olublar. 

Şərhlər

Çox oxunanlar