“Volkswagen”nin yeni rəhbəri məlum oldu

25.09.2015 09:27     Dünyadan reaksiya     1970

“Porsche”nin baş direktoru Mattias Müller “Volkswagen” avtomobil konserninin  yeni rəhbəri seçilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki,  Müllerin namizədliyi “Volkswagen” konserninin  Müşahidə Şurasının iclasında dəstəklənib.

Ötən gün  “Volkswagen”in rəhbəri Martin Vinterkorn dizel avtomobillərində işlənmiş qazla bağlı yaranan  qalmaqalla əlaqədar istefa verib.

Bundan  başqa, bəzi mənbələr  “Volkswagen” konserninin  “Audi” və “Porsche”-nin bir neçə top-menecerini və ABŞ bölməsinin rəhbərini işdən azad etmək niyyətində olduğunu bildiriblər.    

Şərhlər