“BMW” haqda şok iddia irəli sürüldü
25.09.2015 10:09 Dünyadan reaksiya 2012
Bu günlərdə alman avtomobil firması “Volkswagen”də baş verənlər haqda xəbər vermişdik.
Belə ki, şirkət dizellə çalışan 11 milyon “hiylə” ilə çalışan avtomobil istehsal edib və bu, müayinə sırasında ortaya çıxıb. Bu şok xəbər gündəmi zəbt edincə şirkət rəhbərliyi istefa vermək məcburiyyətində qaldı.
İndi isə eyni iddia “BMW” haqda söylənilir.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “Bloomberg” yayıb.
Məlumata görə, şirkətin bir məhsulu Avropa Birliyi standartlarına uyğun olandan 11 dəfə daha çox havaya zəhər buraxır.
İddiaya görə, bu, X3 xDrive 20d modelidir.
Bu xəbərin yayılmasından sonra “BMW” hissə sənədlərinin dəyərində 10% azalma müşahidə olunub. Şirkətdən iddialar barədə verilən açıqlamada isə bunun yalan olduğunu, şirkətə qarşı aparılan böhtan kampaniyasının bir hissəsi olduğu deyilib.
Şərhlər