"Mən çar deyiləm" - Vladimir Putin - VİDEO

25.09.2015 12:32     Dünyadan reaksiya     2003

10 il aradan sonra Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxış etməyə hazırlaşan Rusiya Prezidenti Vladimir Putin kritik ABŞ səfəri ərəfəsində CBS telekanalına müsahibə verib.

Reaksiya.az xəbər verir ki, CBS-də Çarli Rosenin suallarını cavablandıran Putin ABŞ-da bəzi təbəqələrdə ona çar deyilməsinin düzgün olmadığını ifadə edib:

"Çar sözü mənə uyğun deyil. Əhəmiyyətli olan sizi necə adlandırdıqları deyil, sizin haqqınızda nə düşündükləri, Rusiya prezidenti kimi  sizə etimad göstərən insanların maraqları üçün nə etdiyinizdir".

ABŞ-da ƏN ÇOX YARADICILIĞI SEVİRƏM

Vladimir Putinə ABŞ-da ən çox hörmət etdiyi şey də soruşulub. Rus liderinin cavabı maraqlı olub:

“ABŞ-lılar bir problemlə qarşılaşanda çox yaradıcı olurlar. Liberalizmi də bəyənirəm. Çünki bu, insanların daxili potensialını üzə çıxarmağa imkan verir. Bu sayədə amerikalılar ölkələrini inkişaf etdirmək sahəsində heyrətamiz nəticələr əldə edirlər".

Şərhlər