"Əsədi xilas etmək istəyirik" - Putin
25.09.2015 13:46 Dünyadan reaksiya 1893
Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədin rəhbərlik etdiyi Dəməşq hakimiyyətini azad etmək istədiyini qeyd edib.
Reaksiya.az xəbər verir ki, Putin bu haqda ABŞ-da yayımlanan “CBS” televiziyasına verdiyi müsahibədə bildirib.
Prezident Liviya və İraqdakı qanuni hakimiyyətin devrilməsinin nəticəsi olduğunu, bu ölkələrdəki bütün dövlət strukturlarının dağıldığını xatırladıb: “Dövlət idarələrini gücləndirməli və terrorla mübarizədə dəstək verməliyik. Suriya böhranı üçün başqa bir çarə yoxdur. Dəməşq rəhbərliyinə çağırış edirik ki, müxalifətlə islahatlar mövzusunda dialoqa keçsinlər”.
Putin, həmçinin Əsədin getməsini istəyənlərin Suriya xalqına müraciət etməsini, Suriyanı idarə edəcək adama ancaq xalqın qərar verə biləcəyini vurğulayıb.
Şərhlər