Almaniyada qaçqın qanunu dəyişir

25.09.2015 14:06     Dünyadan reaksiya     2358

Almaniya qaçqın qanununda əhatəli dəyişikliyə gedir və əyalət hökumətlərinə vəsait köçürməyə hazırlaşır.

Reaksiya.az xəbər verir ki, Suriyalı qaçqın axınının qarşısını almaq üçün sərbəst hərəkətə son vermək təhdidini gündəmə gətirən Almaniya bir yandan da qəbul etdiyi mövzularla bağlı daxili tənzimləmələrə gedəcək. Federal hökumət əyalət hökumətlərinin üzərinə düşən yükü azaltmaq üçün onlara maddi vəsait köçürəcək.

Almaniya kansleri Angela Merkel əyalət nazirlərini Şansölyelik binasında bir araya toplayıb. O, toplantıda deyib ki, federal hökumət əyalət hökumətlərinə miqrantlarla bağlı maliyyə yardımı edəcək.

Dəyişikliyə görə, Almaniya qəbul etdiyi 800 min qaçqına 670 avroluq yardım göstərəcək.  Federal Hökumət əyalət hökumətlərinə qaçqınlara inşa ediləcək sosial mənzillər üçün 500 milyon avro verəcək. Dayəsi olmayan 18 yaşından kiçik qaçqınlar üçün də 350 milyon auroluq kömək ediləcək.

Şərhlər

Çox oxunanlar