Macarıstan Sloveniya ilə sərhədi də bağladı

25.09.2015 15:13     Dünyadan reaksiya     1921

Macarıstan ölkəsinə qaçqın axınının qarşısını almaq üçün Serbiya, Xorvatiya, Ruminiya ilə sərhədlərindən sonra Sloveniya sərhədinə də sim hörgü çəkməyə başlayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Macarıstan hökumətinin sözçüsü Zoltan Kovacs bildirib.

O, bunun əsas həll üsülü olmadığını qeyd edib:  “Macarıstan hökuməti hörgünün həll üsulu olmadığını bilir, amma bu da qanunsuz miqrant axının qarşısını almaq üçün bir vasitədir”.

Z. Kovacs, həmçinin Şengen müqaviləsi çərçivəsində sərhədlərinizi qorumaq üçün bütün vasitələrdən istifadə edəcəklərini vurğulayıb.

Polis İdarəsi isə veridiyi açıqlmada dünən 8104 qaçqının ölkəyə daxil olduğunu, onlardan təxminən 7800-nün Xorvatiyadan, 300-nün isə Serbiyada gəldiyini qeyd edib.

Bəyanatda, 2015-ci ilin əvvəlindən indiyə qədər Macarıstana 250 min qaçqınının gəldiyi deyilir.

Şərhlər

Çox oxunanlar