Rusiya Avropa İttifaqı və Ukraynanı qazla təmin edəcək - RAZILAŞMA
26.09.2015 02:45 Dünyadan reaksiya 1751
Brüsseldə keçirilən danışıqlarda Rusiya, Ukrayna və Avropa İttifaqı 2015-2016-ci illərin qış mövsümü üçün qaz tədarükü üzrə üçtərəfli müqavilə imzalayıblar.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının iqamətgahında keçirilən mərasimdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç, Ukraynanın və Rusiyanın Energetika nazirləri Vladimir Demçişin və Aleksandr Novak iştirak ediblər.
İmzalanmış müqavilə 2016-ci ilin mart ayınadək qaz tədarükünün şərtlərini müəyyənləşdirib.
Yeni müqavilənin şərtlərinə əsasən, endirimli qiymətlə Ukrayna hər 1000 kubmetr qaza görə Rusiyaya 232 dollar ödəyəcək. Maroş Şefçoviçin sözlərinə görə, bununla əlaqədar Ukraynaya beynəlxalq maliyyə təşkilatları tərəfindən 500 milyon ABŞ dolları ayrılacaq.
Şərhlər