İŞİD 11 minə yaxın insanı edam edib

26.09.2015 03:05     Dünyadan reaksiya     1671

 "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Suriyada olduqları müddətdə 3 min 207 nəfəri edam ediblər.

Reaksiya.az reporta istinadən xəbər verir ki, bu barədə "The Syrian Observatory for Human Rights" hüquq müdafiə təşkilatının nümayəndələri məlumat yayıb.

Öldürülənlər arasında 98 qadın və 76 uşaq olub.

"The Iraqi Observatory for Human Rights" təşkilatının açıqladığı məlumatda isə, İŞİD-in İraqda həyata keçirdiyi edamlar öz əksini tapıb. Terrorçular İraq ərazisində 7 min 700 qadın, uşaq və kişi edam ediblər.

Hüquq müdafiəçiləri burada söhbətin yalnız edam olunan hərbçi və dinc sakinlərdən getdiyini bildiriblər. Edam növləri arasında güllələnmə, baş kəsmə, yandırma, daşa basma və s. göstərilir.

Şərhlər

Çox oxunanlar