Avropaya hər gün 8 min qaçqın gəlir - RƏSMİ AÇIQLAMA

26.09.2015 04:13     Dünyadan reaksiya     1543

BMT-nin hesablamalarına görə, Avropaya hər gün 8 minədək qaçqın gəlir.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu BMT-nin Avropada qaçqınların işləri üzrə əlaqələndiricisi Amin Avad bəyan edib.

"Tək Yunanıstana gün ərzində 5 000 nəfərdən çox insan pənah gətirir”, deyə A.Avad bildirib.

Ümumilikdə 2015-ci ilin əvvəlindən Avropada sığınacaq tapmaq üçün 500 minə yaxın miqrant gəlib. Onlar arasında çoxluğu Suriya, İraq və Eritreya vətəndaşları təşkil edir.

Şərhlər