Lukaşenkodan 10 il sonra bir ilk
26.09.2015 06:15 Dünyadan reaksiya 1690
Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 26-29-da ABŞ-da işgüzar səfərdə olacaq.
Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə dövlət başçısının rəsmi saytı xəbər verib.
“Prezident A.Lukaşenko Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxış edəcək. Bundan başqa, dövlət başçısının digər ölkə liderləri ilə ikitərəfli danışıqları nəzərdə tutulub. Prezident A.Lukaşenko həmçinin BMT-nin baş katibi Pan Qi Mun və BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Zeyd Raad Əl-Hüseynlə görüşəcək”, məlumatda deyilir.
Qeyd edək ki, bu, Lukaşenkonun ABŞ-a son 10 ildə ilk səfəridir.
Kuba lideri isə son 15 ildə ilk dəfə olaraq ABŞ-a səfər edib. Bundan əvvəl, Raul Kastronun qardaşı Fidel 2000-ci ildə BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmişdi.
Şərhlər