PKK-nın gəlir mənbəyi açıqlandı - Gizli hesabat
26.09.2015 09:49 Dünyadan reaksiya 2031
Xüsusi xidmət orqanları hazırladıqları hesabatlarda PKK və digər terror təşkilatlarının ən mühüm maliyyə mənbəyinin qaçaqmalçılıq yolu ilə əldə olunmuş siqaret olduğu bildirilib.
Reaksiya.az xəbər verir ki, son bir il ərzindəki əməliyyatlarda 500 milyon TL-lik siqaret ələ keçirilib.
İstanbul Qaçaqmalçılıqla Mübarizə Şöbəsi 2015-ci ildə keçirdiyi 160 əməliyyat nəticəsində 300 nəfəri saxlayıb, 5 milyon paket siqaret ələ keçirib.
Türkiyə miqyasındakı əməliyyatlarda isə 80 milyon siqaret paketi əldə olunub. Bu siqaretlərin dəyərinin yarım milyard TL olduğu müəyyənləşdirilib.
Hesabatda, həmçinin qaçaqmalçılıq yolu ilə əldə edilmiş siqaretlərin Bolqarıstan və İraqda hasil edilərək İraq, Suriya, İran və Gürcüstan üzərindən Türkiyəyə gətirildiyi bildirilib.
PKK-nın bütün qaçaqmalçılardan külli miqdarda vergi adı altında xərac aldığı da hesabatda qeyd olunub.
Şərhlər