“PKK-nın beli qırılıb” - Əhməd Davudoğlu
26.09.2015 10:44 Dünyadan reaksiya 1939
Türkiyənin baş naziri Əhməd Davudoğlu Nyu-Yorkda Turken Fondunun təşkil etdiyi şam yeməyində bir sıra açıqlamalar verib.
Reaksiya.az xəbər verir ki, Davudoğlu tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
Baş nazir Davudoğlu PKK-ya qarşı aparılan terror əməliyyatlarından söz açıb: "Bu gün etibarilə onu demək istəyirəm ki, Türkiyəyə yönəlmiş terror təhdidinin beli qırılıb. Şimali İraqda PKK-nın məskunlaşdığı ərazilər, sursat anbarları, qərargahlar, o cümlədən İŞİD-in Türkiyə ilə sərhədindəki bütün sığınacaqları təsirsiz hala gətirilib”.
Şərhlər