Ərdoğan ana və atasının qəbrini ziyarət etdi

26.09.2015 11:51     Dünyadan reaksiya     1843

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan atası Əhməd və anası Tənzilə Ərdoğan ilə qayınatası Camal və qayınanası Xeyriyyə Gülbaranın məzarlarını ziyarət edib.

Reaksiya.az xəbər verir ki, Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin Saraçhane binasında Makedoniya Prezidenti Gyorge Ivanov ilə keçirdiyi görüşdən sonra Karacaahmet qəbiristanlığına gəlib.

Prezident burada anası Tənzilə Ərdoğanla atası Əhməd Ərdoğanın, qayınanası Xeyriyyə Gülbaran və qayınatası Camal Gülbaranın qəbirlərini ziyarət edib.

Qəbristanlığın çıxışında çiçək alaraq jurnalistlərə verən Ərdoğan vətəndaşlarla görüşüb, uşaqlara oyuncaq verib.

Ərdoğan qəbiristanlıq səfərindən sonra tikintisi davam edən Mərmərə Universitetinin İlahiyyat Fakültəsinin Məscidində olub.

Şərhlər