“Gürcüstan NATO-nu unutmalıdır” - Baş katib

26.09.2015 12:30     Dünyadan reaksiya     1967

“Foreign Policy” jurnalı NATO-nun Tbilisiyə 2008-ci ildə verdiyi sözü tutmayacağını və Gürcüstana üzv dövlət statusu verməyəcəyini yazıb.

Reaksiya.az xəbər verir ki, yazıda bu ifadələrə yer verilib: “Gürcüstan NATO-nun Yüksək Hazırlıqlı Təcili Müdaxilə Gücündə əsgəri olan yeganə ölkədir, amma buna baxmayaraq İttifaq Tiflisə üzvlük vermə məsələsində tələsik addım atmır. Gürcüstanın üzvlük müraciəti təxirə salınmış vəziyyətdədir. Bu isə o deməkdir ki, Tiflis NATO-nu unutmalıdır”.

Qeyd edək ki, NATO avqust ayında Gürcüstanda hərbi təlim mərkəzi açıb.

Açılışa qatılan NATO-nun baş katibi Jens Stoltenberq "2016-cı ildə Polşanın paytaxtı Varşavada keçiriləcək NATO sammitində Gürcüstanın Alyansa üzvlüyü ilə bağlı hansı qərarın qəbul olunacağını indidən deyə bilmərəm, amma Gürcüstanın NATO-ya inteqrasiya prosesində irəliləmək üçün lazım olan addımları atıb. Rəsmi Tbilisi siyasi və konstitusion sistemdə həyata keçirdiyi islahatlar sayəsində, Alyansa üzvlük yolunda konkret bir irəliləyiş əldə edib” sözlərini demişdi.

NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına 1994-cü ildə qoşulan Gürcüstanın uzunmüddətli hədəfi Alyansa tamhüquqlu üzv olmaqdır.

Şərhlər

Çox oxunanlar