"Volkswagen"in satışı qadağan edildi

26.09.2015 13:01     Dünyadan reaksiya     2178

Volkswagen markalı avtomobillərin İsveçrədə satışı qadağan olunub.

Reaksiya.az xəbər verir ki, İsveçrə Konfederasiyası emissiya qalmaqalına görə bu qərarı verib.

İsveçrə Avtomobil Yolları  ASTRA-nın rəhbərliyi bu haqda açıqlama verib: "Hazırda nəqliyyatda olan, dizel ilə işləyən 1.2, 1.6 və 2.0 mühərrikli avtomobillərin ziyanlı olduğu aşkar edilib. İsveçrə də xalqını qorumaq məqsədilə bu maşınların satışını qadağan edir".

ASTRA İsveçrədə bu kateqoriyada 180 min avtomobilin olduğunu bildirib.

Şərhlər