İt ölmüş sahibindən ayrılmadı

26.09.2015 15:29     Dünyadan reaksiya     2017

Bodrumda tək yaşayan 76 yaşlı İran əsilli ingilis memar Darius Geransar tək yaşadığı villasında ölü tapılıb.

Reaksiya.az xəbər verir ki, 4 gün əvvəl öldüyü güman edilən memarın iti Fiona meyitin baş ucunda gözləyib.

Geransarın qonşuları 4 gündür küçəyə çıxmamasından şüphələnərək polisə xəbər verib.   Qonşularla birlikdə evə daxil olan polis memarın oturduğu yerdə öldüyünü görüb.

Memarın sabah dəfn olunacaq, dəfnə iti Fionanın da gətiriləcəyi bildirilib.

Qeyd edək ki, Geransar 6 il əvvəl həyat yoldaşı və qızını İngiltərədə yol qəzasında itirib.

Şərhlər

Çox oxunanlar