Suriyalı qaçqınları daşıyan qayıq batdı - 17 ölü - VİDEO

27.09.2015 14:18     Dünyadan reaksiya     2115

Türkiyənin Muğla rayonunun Bodrum qəsəbəsində qeyri-qanuni yollardan Yunan adalarına keçməyə çalışan suriyalı qaçqınları daşıyan qayıq batıb.
 
Reaksiya.az xəbər verir ki, hadisə nəticəsində 17 nəfər boğularaq həyatını itirib. 
 
Muğla valisi Amir Çiçək açıqlama verib ki, 8 metrlik qayığa 37 nəfər mindiyinə görə hadisə baş verib 
 
O, həmçinin açıqlamasında 20 nəfərin xilas edildiyini bildirib.
 
Ölən qaçqınların cənazələri Turgutreis Limanına gətirilib.
 
 

Şərhlər

Çox oxunanlar