İsrail Suriyanın 2 hərbi bazasını top atəşinə tutdu
28.09.2015 10:07 Dünyadan reaksiya 1971
Suriya Silahlı Qüvvələri tərəfindən atılan bir raket səhvən İsrail torpaqlarına düşüb.
Reaksiya.az xəbər verir ki, bu haqda İsrail ordusu yazılı açıqlama yayıb.
Açıq sahəyə düşdüyü bildirilən raketinin son 2 gündə Suriyadan atılan 2-ci raket olduğu və bu pozuntuların Suriya torpaqlarında cərəyan edən savaşdan qaynaqlandığı deyilib.
İsrail ordusu da raket hücumuna qarşılıq olaraq Suriyaya məxsus iki hərbi bazanı top atəşinə tutub.
İsrail Ordusunun sözçüsü Peter Lerner bildirib ki, İsrailin öz tabeliyində olan torpaqlara qarşı pozuntulara dözməyəcək.
Şərhlər