İran prezidenti CNN-ə müsahibə verdi - "Bunu yalnız Səddam Hüseyn edə bilərdi"
28.09.2015 10:43 Dünyadan reaksiya 2032
“İŞİD-i məğlub etməyin yeganə yolu Suriyada mərkəzi hökuməti dəstəkləməkdir”.
Reaksiya.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani “CNN İnternational” kanalında Christiane Amanpourla müsahibəsi zamanı deyib.
Prezident İranın ABŞ ilə Suriya məsələsində qarşılıqlı görüşməməsinə aydınlıq gətirib: “Hazırda İran ABŞ-la birbaşa olaraq Suriya məsələsində qarşılıqlı danışıqlar aparmır. Amma mütəmadi olaraq AB və digər ölkələrlə Suriya məsələsi müzakirə edilir".
Ruhani bildirib ki, terrorçularla mübarizə aparmaq üçün hamı Bəşər Əsədin hakimiyyətdə qalmasının tərəfdarıdır: "Bu, müəyyən qədər uğurlu da olub, terrorçuları addım-addım bazalarından dəf etməyə başladıqdan sonra müxaliflərin etirazlarını dinləmək kimi digər planlar isə həyata keçirilməyib. ABŞ Rusiyanın Suriyadakı addımları qarşısında çaşıb qalmamalıdır".
Bu arada nüvə müqaviləsinin təmin edilməsindən sonra ilk dəfə ABŞ-a səfər edən Ruhani ABŞ-dakı Respublikaçıların prezdentliyə namizədlərinin müqavilə əleyhinə kampaniyalarını da tənqid edib: "Bəzən ABŞ-da danışılanlar olduqca gülməli və qəribə olur. Xəritədə İranın yerini belə tapmayan bəzi Respublikaçılar nüvə sazişə qarşı çıxır".
Prezident ABŞ-da bəzi təbəqələrin müqaviləyə qarşı olduğunu, bəzilərinin isə dəstəklədiyini bildirib: "Əhatəli birgə fəaliyyət planı sadəcə İran və ABŞ-ın məsələsi deyil, beynəlxalq müqavilə məsələsidir. Bir hökumət, beynəlxalq müqaviləyə imza atır, ondan sonra gələn hökumət isə bu müqaviləni cırıb atır. Belə ola bilərmi? Bunu yalnız Səddam Hüseyn edə bilərdi".
O, əlavə edib ki, ABŞ-ın yeni hökuməti də müqaviləyə sadiq qalmalıdır: "Əks təqdirdə bütün ölkə beynəlxalq etibarlılığını itirər".
Şərhlər