Qaçırılan 16 türk sərbəst buraxıldı - İDDİA

28.09.2015 11:42     Dünyadan reaksiya     1809

Sosial mediada Bağdadda qaçırılan 16 türkün sərbəst buraxıldığını iddia edən video yayılıb.

Reaksiya.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi işçilərin sərbəst buraxıldığı iddiasını hələ təsdiq etməyib, araşdırma apardıqlarını bildiriblər.

Videonu işçiləri qaçıran silahlı qrup paylaşaraq işçilərin sentyabrın 24-də buraxıldığı qeyd ediblər.

Lakin görüntülərin çəkildiyi gündən bu yana işçilərdən xəbər yoxdur.

Qeyd edək ki, İraqda 16 yoldaşları ilə birlikdə qaçırılan Necdet Yılmaz və Ercan Özpilavcı sentyabrın 16-da sərbəst buraxılaraq Bəsrədən təyyarə ilə İstanbula gətirilib.

Şərhlər

Çox oxunanlar