Kataloniya lideri “Qələbəmizi tanıyın” dedi - VİDEO

28.09.2015 11:33     Dünyadan reaksiya     1906

İspaniyanın şərqində yerləşən Kataloniyada keçirilən seçkilərdə rəsmi nəticələrə görə, müstəqillik tərəfdarı olan “Junts pel Si” (Hə üçün Birlik) və Xalq İttifaqı Namizədliyi (CUP) partiyaları, 135 yerlik Katalon parlamentində 72 deputatla çoxluğa sahib olub. Kataloniya lideri, “Junts pel Si”nin siyahısı üzrə 4-cü olan Artur Mas bu qələbə ilə bağlı çıxış edib.

Reaksiya.az xəbər verir ki, o,  iki qələbənin birdən qazanıldığını qeyd edib:

"Demokratiya və partiyamız qazandı. Bütün dünyadan Kataloniyanın və partiyamızın qələbəsinin tanınmasını istəyirik. Parlamentə daxil olduq və həll ediləsi çox işimiz var".

Kataloniya Respublikaçı Solu (ERC) partiyasının lideri Oriol Junqueras da "Tariximizin ən gözəl səhifələrini yazırıq. Yaşasın Kataloniya. İnandığımız və işlədiyimiz müstəqillik üçün bütün dünyanın gözləri qarşısında demokratik bir vəzifə aldıq" sözlərini deyib.

Mas və Junqueras ilə kürsüyə çıxan “Junts pel Si”nin siyahısı üzrə baş namizəd olan Raül Romeva da "Bu uğur bütün düşmənçiliklərə, bir sürü yalana, təcavüzə baxmayaraq əldə edilib. Xalq qorxmadı və bizim indi hədəfimizi (müstəqillik) həyata keçirmək zərurətimiz var. Hamı birlikdə bu ölkəni yaradacağıq. “Junts pel Si” partiyası qələbə qazandı, kimsə bunun əksini söyləyə bilməz" fikirlərini səsləndirib.

Bu nəticələri İspaniya hökuməti ayrıseçkilik strategiyasının uğursuzluğu kimi qiymətləndirib.

İspaniyanın rəsmi xəbər agentliyi İGİD-in məlumatına görə, "Junts pel Si” bu nəticələrlə nə Katalon parlamentindəki kreslo sayında, nə də səs nisbətində Katalon cəmiyyətinin yetərli dəstəyini qazana bilib: “Bu partiyaya daxil olan siyasi partiyalar - CDC və ERC 2012-ci ildəki seçkilərdən pis nəticə əldə edib. Katalonlar müstəqillik cəhdlərinə müqavimət göstərən plüralist bir cəmiyyət olduğunu bir daha sübut edib göstərib".

İspaniyanın baş naziri Mariano Rajoy sabah rəhbərlik etdiyi kabineti toplayaraq Kataloniya seçkilərini təhlil edəcək. 

Şərhlər

Çox oxunanlar